“PAŞA Həyat Sığorta” şirkətinin nümayəndə heyəti bu ilin aprel ayının 14-17-də İtaliyanın Roma şəhərində keçirilən beynəlxalq “3rd Annual Life Insurance Forum”da iştirak edib.
Otuzdan çox ölkənin 70-ə yaxın nümayəndəsinin qatıldığı forumda “PAŞA Həyat”ı strateji inkişaf və marketinq, satış və təkrarsığorta strukturlarının rəhbərləri təmsil edib.
Avropanın iri ölkələrinin sığorta, maliyyə, konsaltinq və digər iri şirkətlərin nüfuzlu top menecerlərinin təmsil olunduğu tədbirdə Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, Fransa, İtaliya, Norveç və digər ölkələrin təcrübəli menecerləri öz ölkələrində sığorta şirkətlərinin idarəolunması, onların fəaliyyəti barədə maraqlı və geniş məruzələr edib.
Forumda həyat sığortası biznesində qlobal inkişaf meylləri, satış və distribyusiya kanalları, risklərin idarəolunması, yeni qabaqcıl onlayn və rəqəmsal texnologiyaların tətbiqi, investisiya siyasəti, yığım sığortası və bankassurance sahələrinə aid maraqlı məlumatlar səsləndirilib.
Azərbaycanda gənc həyat sığortası bazarının inkişafı fonunda, biznes fəaliyyətinin müasir tələblərə uyğun idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi vacib və aktual bir vəzifə kimi qiymətləndirilə bilər. Məhz bu baxımdan, konfransda qazanılmış təcrübənin “PAŞA Həyat” şirkətində biznesin daha müasir idarəolunmasında və funksional proseslərin təkmilləşdirilməsində mühüm əhəmiyyəti olacaq.