|
|
|
Sığorta | | | Azərbaycanın sığorta şirkəti brendini dəyişib |
01.08.2012 | |
| |
Azərbaycanın «Thames Insurance Group» sığorta şirkəti rebrendinqi başa çatdırıb.
Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Thames Insurance Group» ASC «Buta Sığorta» ASC adlandırılıb. Bu qərar sığorta şirkətinin səhmdarlarının son iclasında qəbul edilib.
Qeyd edək ki, təsisçisi yerli hüquqi şəxslər olan «Thames Insurance Group» 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edib.
www.apa.az
|
|
|
|