Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan “Atəşgah” SŞ 2015-ci ilin aprelində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.
Məbləği 10 480 AZN təşkil edən sığorta ödənişi Bakı-Şamaxı yolunun 75.5-ci km-də aşmış “Hyundai İX-35” markalı avtomobilin sahibinə verilmişdir.
Daha bir ödəniş də maneə ilə toqquşmuş “Hyundai İX-35” markalı avtomobilin sahibinə təqdim edilib. Bakı – Qazax yolunda baş verən hadisəyə görə müştəriyə 7490 AZN məbləğində sığorta ödənişi verilib.
Başqa bir hadisə Bakı şəhəri, Moskva prospektində baş vermişdir. Şirkətdə KASKO üzrə sığortalanmış “Toyota Prado” markalı avtomobil maneə ilə toqquşmuşdur. Həmin hadisə üzrə müştəriyə 18 918 AZN sığorta ödənişi verilmişdir.