Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti, sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır.
Bu dəfə AXA MBASK korporativ sosial məsuliyyət çərçivəsində, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl gələcək” adlı ekoloji aksiya keçirmişdir.
Bu aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları Şimal Bölqəsi filialın sığorta agentləri ilə birlikdəDəvədabani yaşayış massivində50-dən çoxşam ağacı əkmişlər.
İşlər təcrübəli aqro-texnikin rəhbərliyi altında həyata keçirilmişdir. Bağın əməkdaşları peşəkar təlimat aparmışlar. Təlimat zamanı aksiya iştirakçıları ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olmuş, zəruri inventar və suvarma üçün su ilə təmin edilmişlər.
Qeyd etmək lazımdır ki, aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.
Sığorta bazarının liderlərindən biri olan AXA MBASK, SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi səkkiz beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.