1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Icbarı sığorta "Azərpoçt" MMC-nin şəbəkəsində fəaliyyət göstərməktədir
02.08.2012

Baki, Finance Time. Ötən ilin sonlarında “Azərpoçt” MMC ilə “Atəşgah” ASC və “AtaSığorta” ASC sığorta şirkətləri arasında sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilən, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsinə, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətinin göstərilməsinə və sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsinə dair müqavilə  imzalanmışdır.

Dünyanın hər yerində, xüsusən də inkişaf etmiş ölkələrdə vətəndaşların sığorta olunması diqqət mərkəzində saxlanılır. Bura tibbi sığortadan tutmuş, mülkiyyətin və insan həyatının sığortasına qədər hər şey daxildir. Ona görə də Avropa ölkələrində hər hansı bir insan bu problemlə üzləşəndə heç bir çətinlik yaşamır və hər şey çox asanlıqla həllini tapır. Yeni "İcbari sığorta haqqında" qanuna əsasən avtomobil sığortası zamanı həyat və sağlamlığa dəyən zərər 50 min manat və 5 min manat, əmlaka dəyən zərərə görə də 20 min manatdır. Bir faktı da qeyd edək ki, qanuna görə sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər bir halda zərərin əvəzini ala biləcəklər. Lakin bəzi hallarda - təqsirkar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, hadisəni qəsdən törətdikdə, onun avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadıqda sığortaçı zərərçəkənlərə ödəniş verdikdən sonra ödədiyi məbləğləri təqsirkar sürücüdən tələb etmək hüququna malikdir. Eləcə də icbari fərdi qəza sığortası qaydalarına da dəyişiklik edilib.

Əvvəlki qanundan fərqli olaraq yeni qanuna əsasən sərnişin biletinin olub-olmamasından asılı olmayaraq sığorta haqqı ala bilərlər. Yəni qəza zamanı nəqliyyat vasitəsində xəsarət alan bütün sərnişinlər sığortadan faydalanacaqlar. Həmin qayda beynəlxalq və şəhərlərarası sərnişin daşınmaları xidməti göstərən hava, su, dəmiryolu və avtomobil nəqliyyatına şamil olunur. Daşınmaz əmlak üzrə minimum sığorta haqqı da müəyyənləşib. Belə ki, "İcbari sığorta haqqında" yeni qanuna əsasən daşınmaz əmlakın sığortası zamanı sığortalanan risklərin siyahısı genişləndirilib. Məsələn, köhnə qanundan fərqli olaraq indi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bu sahədə hər bölgə üçün sığorta məbləği təyin edilib. Belə ki, Bakı şəhəri üzrə bu məbləğ 25 min, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 20 min, digər yerlər üçün isə 15 min təşkil edir. Sığorta haqqı isə müvafiq olaraq 50, 40, 30 manatdır.

Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Yaşayış yerləri və mənzillərin "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanması ilə bağlı vaxt məhdudiyyəti qoyulmayıb. Mənzildən istifadə hüququnu təsdiqləyən sənəd olduğu halda vətəndaş evini bu sığorta növü ilə sığortalaya bilər. Onu da qeyd edək ki, "İcbari sığorta haqqında" qanunun icrasına 2011-ci  il dekabrın 16-dan başlanılıb. Hal-hazırda  “Azərpoçt” MMC bütün Regional Poçt Filiallarında fəaliyyət göstərən avtomobillərin  icbari sığortası prosedurları əməliyyatçılar  tərəfindən əhaliyə tam şəkildə izah edilərək sığorta şəhadətnamələrinin satışı həyata keçirilir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment