2015-ci ilin yanvar-may aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 207,6 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1 faiz çoxdur.
Beş ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 74,5 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 35,9 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-may aylarında 29,5 manat olub.
www.azertag.com