Gürcüstanın baş naziri İrakli Qaribaşviliiyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.
İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
"Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, - deyə hökumət administrasiyadan bildirilib.
Görüşdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın Baş naziri yanında İqtisadi Şurasının Katibi, Biznes Ombudsman Giorgi Qaharia da iştirak ediblər.
www.apa.az