|
|
|
Neft və qaz | | | “SOCAR Petroleum" QSC bu il ərzində Bakıda 4 yanacaqdoldurma məntəqəsi istifadəyə verəcək |
05.08.2015 | |
| |
"SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il ərzində Bakıda 4 yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verəcək. Bundan başqa, QSC bu il Şamaxı və Ucar rayonlarında da YDM-lər inşa edəcək.
Bu barədə AZƏRTAC-a "SOCAR Petroleum" QSC-dən məlumat verilib. Bildirilir ki, bütün mövcud və bundan sonra inşa ediləcək YDM-lərdə sıxılmış təbii qazın - STQ (CNG - Compressed Natural Gas) satışı həyata keçiriləcək.
Xatırladaq ki, “SOCAR-CNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ilk layihəsi - birinci qaz doldurma kompressor stansiyası “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində yerləşir. Stansiya STQ mühərriki ilə təchiz olunan “BakuBus” MMC-nin istifadəsindəki avtobusları yanacaq ilə fasiləsiz təmin edir.
www.azertag.com
|
|
|
|