1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” cari ilin 7 ayın nəticələrini açıqlayıb
13.08.2015

Baki, Finance Time. “PAŞA Həyat” sığorta şirkəti 2015-ci ilin yanvar-iyul ayları ərzində yüksək inkişaf meyllərini davam etdirib.

Belə ki, şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə,bu ilin yanvar-iyul ayları ərzində yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,813 mln. manat və ya 43,04% artaraq 35,939 mln. manata, sığorta ödənişlərinin həcmi isə 5,111 mln. manat və ya təxminən 4 dəfə artaraq 6,832 mln. manata çatıb.

Qeyd olunan dövrün nəticələrinə görə, portfel üzrə ən çox yığımlar “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” və “əmək qabiliyyətinin sığortası” növlərinin payına düşüb.

Ödənişlərdə isə ən cox vəsait“istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “sağalmaz xəstəliklərdən sığorta”, “kredit götürən şəxslərin həyat sığortası” və “həyatın yaşam sığortası” növləri üzrə ödənilib.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment