|
|
|
Sığorta | | | "PAŞA Sığorta" şirkəti onlayn ödəməyə başlayıb |
26.08.2015 | |
| |
"PAŞA Sığorta" şirkəti onlayn ödəməyə başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, artıq "PAŞA Sığorta"nın müştəriləri ödənişlərini ofisə yaxınlaşmadan onlayn şəkildə həyata keçirə biləcəklər. Bunun üçün müştərilər “kassam.az” və ya “izim.az” ödəniş portalında “Qeydiyyatsız ödənişlər”ə daxil olaraq sığorta xidmətlərindən "PAŞA Sığorta" bölümünü seçərək ödənişlərini edə bilərlər.
www.azertag.com
|
|
|
|