1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Milanda Azərbaycanın investisiya imkanları müzakirə olunub
27.08.2015

Azərbaycan gələcəyə hədəflənmiş uğurlu iqtisadi siyasət həyata keçirməkdədir. Təbii ehtiyatlarla zəngin olan Azərbaycan artıq bütün dünya tərəfindən Avropa ilə Asiyanı birləşdirən körpü kimi tanınır. Son illər investisiya yatırımlarına görə cəlbedici ölkəyə çevrilən Azərbaycanda “yaşıl” iqtisadiyyatın inkişafı da diqqət mərkəzindədir. Məhz bu mövzular avqustun 25-də “Milan Expo 2015” beynəlxalq sərgisi çərçivəsində “Azərbaycana investisiya yatırımları: biznes mühiti və imkanlar” mövzusunda keçirilmiş tədbirdə müzakirə olunub.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliya–Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) birgə təşkilatçılığı ilə keçirilmiş tədbir İtaliya şirkətlərinə Azərbaycan iqtisadiyyatı, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti ilə yaxından tanış olmağa imkan yaradıb.

İTAZERCOM-un prezidenti xanım Manuella Traldi çıxış edərək İtaliyanın uzun illər Azərbaycan ilə yüksək səviyyəli iqtisadi əlaqələri olduğunu vurğulayıb. Bildirilib ki, yeni iqtisadi sahələrin inkişafına diqqət yetirilməsi bu ölkənin maraqlı cəhətlərindən biridir. İTAZERCOM ölkələrimiz arasında bu münasibətlərin inkişafına mühüm töhfələr verməkdədir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarını Azərbaycanın iqtisadi inkişaf göstəriciləri barədə məlumatlandırıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə xarici ticarət dövriyyəsinin həcmi gündən-günə artır və qeyri-neft sektoru sürətlə inkişaf edir. Bütün bu amillər Azərbaycanı investisiya yatırımları üçün cəlbedici ölkəyə çevirib. Ölkəmiz istehsalın şaxələndirilməsi istiqamətində mühüm addımlar atır. Bu da Azərbaycanın qlobal rəqabətqabiliyyətlilik indeksinə görə dünya ölkələri arasında ön sıralarda olmağına gətirib çıxarır.

Sonra Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə bağlı “yaşıl iqtisadiyyata” həsr olunmuş təqdimat keçirilib.

Sumqayıt Kimya Sənaye Parkı barədə məlumat verən qurumun nümayəndəsi Samir Məmmədov müəssisənin 2011-ci ildə istifadəyə verildiyini və tam fəaliyyətə başlanması ilə 5000-7000 iş yerinin açılacağını diqqətə çatdırıb. Bildirilib ki, parkın ərazisində kimya və sənaye sahəsində ixtisaslaşmış şirkətlər fəaliyyət göstərəcəklər. Şirkətlərin buradakı fəaliyyətini stimullaşdırmaq məqsədilə hökumətimiz onların ilk 7 il ərzində vergidən azad olmalarına qərar verib.

Daha sonra Xarici Ticarət üzrə İnstitutun prezidenti Rikkardo Monti çıxış edərək rəhbərlik etdiyi qurumun Bakıda ofisinin açılacağını bildirib. Diqqətə çatdırılıb ki, qurum Azərbaycana investisiya yatırmağa maraq göstərən İtaliya şirkətlərinin fəaliyyətinə də öz dəstəyini göstərəcək.

İtaliyanın ətraf mühit nazirinin diplomatik müşaviri Stefano Marquçio vurğulayıb ki, ölkələrimiz arasında müvafiq istiqamətdə əlaqələr durmadan inkişaf etməkdədir. Tədbir bu əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımdan böyük əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin informasiya və kommunikasiya texnologiyaları, aqrokimya, mexanika, ətraf mühit, sənaye, tikinti və digər sahələrdə Azərbaycanın investisiya imkanları müzakirə olunub. Azərbaycanın biznes imkanlarının bu formatda təqdim olunduğu tədbir İtaliyada ilk dəfə keçirilib.

www.azertag.com

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment