1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bakıda sığorta-pensiya sistemində yığım hissəsinin tətbiqi və özəl pensiya fondlarının fəaliyyətinə dair konfrans keçirilir
28.10.2015

Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin fəaliyyət planına uyğun olaraq konfrans keçirilib.

"APA-Economics"in məlumatına görə, sığorta-pensiya sistemində əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə normativ hüquqi sənəd layihələrinin müzakirə olunduğu tədbirdə beynəlxalq təşkilatların və Azərbaycanın dövlət orqanlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

DSMF-nin sədri Elman Mehdiyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bunun üçün əsas prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Konsepsiyanın mühüm əhəmiyyətindən bəhs edən E. Mehdiyev bildirib ki, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi pensiya islahatlarının əsas vəzifələrindən biri kimi çıxış edir.

"Könüllü sosial sığortalanma əsasında əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan islahatların həyata keçirilməsi mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır. Bu isə beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib", - deyə sədr qeyd edib.

Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, toplanan vəsaitlərin və onların dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat təminat mexanizmlərinin formalaşdırılması və səmərəli idarəetmənin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi reallaşdırılmalıdır.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard DSMF-də reallaşdırılan layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs öz çıxışında əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının inkişafının vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.

Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə fəal əməkdaşlıqdan bəhs edən Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel respublikamızda pensiya islahatlarının vətəndaşların rifahının yüksəldilməsində vacib önəmini vurğulayıb.

Azərbaycan prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev çıxış edərək, ölkəmizdə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldiyini və bu sahənin mühüm istiqamətlərindən biri kimi pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında yenidən qurulduğunu qeyd edib. Ölkəmizdə əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev öz çıxışında işçilərin əmək  hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn islahatlardan ətraflı bəhs edib.

Sonra layihə rəhbərləri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və Almaniyanın Əmək və sosial işlər Nazirliyinin nümayəndəsi Natali Belorgey çıxış edərək layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Tədbirin davamında Almaniyanın Əmək və sosial işlər Nazirliyinin eksperti Hayts-Ditrix Staynmayer (Heinz-Dietrich Steinmeyer) Azərbaycan Respublikasında pensiya sisteminin əsasları mövzusunda təqdimatla çıxış edib.

Daha sonra Latviyanın SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru, Latviya Bank Assosiasiyalarının Özəl Pensiya Komitəsinin rəhbəri Dace Brencena təqdimatla çıxış edərək tədbir iştirakçılarını qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyətinə dair normativ hüquqi sənəd layihəsinin təfərrüatları ilə tanış edib.

Növbəti nümayiş etdirilən təqdimatda DSMF-nin Aparatının Fərdi uçotunun təşkili şöbəsinin müdiri Nigar Pənahova könüllü sosial sığortalama məqsədləri üçün fərdi uçotun tətbiqinin əhəmiyyəti və aktual məsələlərindən bəhs edib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

www.apa.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment