Baki, Finance Time. “PAŞA Həyat Sığorta” Şirkətinin dəstəyi ilə bu ilin noyabr ayının 13-də “İnsan Resursları Forumu - Bakı 2015” adlı geniş tədbir keçiriləcək.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, forumda beynəlxalq təcrübə və yerli yanaşmanın vəhdətini dinləmək, eyni zamanda qarşılıqlı fikir mübadiləsi aparmaq üçün ölkənin ən nüfuzlu təşkilat və şirkətlərinin 200-ə yaxın peşəkar HR rəhbərləri bir araya gələcək.
Forumda son illər ərzində Azərbycanda insan resurslarının idarə edilməsinə artan maraq,bu sahədə olan inkişaf, həmçinin xarici təcrübənin yerli bazarda tətbiqinin nəticələri müzakirə olunacaq.
Tədbirdə iştirak etmək istəyənlər http://hrforum.az/ saytında qeydiyyatdan keçə bilərlər.