Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir. Belə ki, şirkət “AXA MBASK Akademiyası” layihəsi çərçivəsində növbəti treninq keçirmişdir. Treninqdə 70-dən çox sığorta agenti iştirak etmişdir.
Treninq zamanı şirkət ekspertləri sığorta məhsullarının irəlilədilməsi sahəsində təcrübə və biliklərini paylaşmış, “Əmlak sığortası” mövzusunda təlim keçiriblər, habelə agentlərin suallarını cavablandırmışlar.
Qeyd edək ki, sığorta xidmətlərinin keyfiyyətinin daim təkmilləşdirilməsini qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Bu gün bütün ölkə ərazisində 70-dən çox agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.