1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”48 mln. manat sığorta yığımları ilə həyat sığortası bazarının lider şirkətidir
27.11.2015

Baki, Finance Time.  “PAŞA Həyat Sığorta” şirkəti cari ilin yanvar-oktyabr ayları üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, hesabat dövründə “PAŞA Həyat”ın əsas maliyyə göstəricilərində yüksək inkişaf meylləri davam etdirilib.

Belə ki, 2015-ci ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 47,992 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,56% çox olub.Xüsusilə qeyd olunmalıdır ki, bu ilin 10 ayında toplaladığı sığorta haqlarının həcminə görə “PAŞA Həyat” 49% payla Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövü ilə müqayisədə 3,33 dəfə artaraq 8,169 mln. manat təşkil edib.

Baş vermiş sığorta hadisələri nəticəsindəicbari sığorta növləri üzrə 0,975 mln manat, könüllü həyat sığortası növləri üzrə isə 7,194 mln. manat həcmində ödənişlər olub. Ümumi sığorta  ödənişlərində icbarı sığorta növləri üzrə verilən sığorta ödənişlərinin xüsusi çəkisi 11,9%, könüllü sığorta növlərinə aid ödənişlərin həcmi isə 88,1% təşkil edib. 

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment