|
|
|
Sığorta | | | “Peşəkar Sığortaçı Sertifikasiya” imtahanına qeydiyyat başlanılıb |
11.12.2015 | |
| |
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış Peşəkar Sığortaçı Sertifikasiya (PSS) proqramı üzrə ilk imtahanın (Sığorta İşinin Prinsipləri) keçirilməsi dekabrın 20-ə təyin edilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, imtahan üçün qeydiyyat Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) veb-səhifəsi vasitəsilə bilavasitə namizədlər tərəfindən fərdi şəkildə həyata keçirilməlidir. Qeydiyyat prosesi dekabrın 7-dən 18-dək aparılır.
Ətraflı məlumatı ARPA-nın rəsmi veb səhifəsindən (http://arpa.org.az/pss-sertifikasiyasi/) əldə etmək olar.
www.azertag.com
|
|
|
|