Baki, Finance Time. “AtaSığorta” ASC Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib.Şirkətin Marketinq və Kommunikasiyalar şöbəsi tərəfindən verilən məlumata görə İSB-nin iştirakçı sığorta şirkəti olan “AtaSığorta” ASC 16 dekabr 2015-ci il tarixində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrindən Çıxarışı almışdır.
“İcbari Sığortalar haqqında” qanunun 50-2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 32 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.