|
|
|
Sığorta | | | Sığorta şirkətləri arasında ən çox ödənişi “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti həyata keçirmişdir |
17.08.2012 | |
| |
2012-ci ilin yanvar-iyul aylarında sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkət “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən AzərTAc-a bildirmişlər ki, hesabat dövründə şirkətin ödənişlərinin məbləği 11 milyon 996 min 363 manat olmuşdur. Sığorta şirkəti bu dövrdə 28 milyon 96 min 285 manat sığorta haqqı toplamışdır.
Bu müddət ərzində 28 sığorta şirkətinin ümumi sığorta haqları 201 milyon 509 min 390 manat, sığorta ödənişləri 49 milyon 469 min 149 manat təşkil etmişdir.
www.azertag.com
|
|
|
|