1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” ötən ilin yekunlarını açıqlayıb
18.01.2016

Baki, Finance Time. Azərbaycanın həyat sığortası bazarının lider şirkəti olan “PAŞA Həyat” 2015-ci il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.

Şirkətin Strateji inkişaf üzrə direktoru İsrail Qarayevin verdiyi məlumata görə, ötən il ərzində şirkətin sığorta haqlarının həcmi əvvəlki il ilə müqayisədə 30% və ya 12,623 mln. manat artaraq 54,526 mln.manata çatıb.

İ.Qarayev bildirib ki, ötən il üzrə sığorta portfeli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası”, “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və “əmək qabiliyyətinin sığortası” növləri üzrə əldə olunan yığmlar hesabına formalaşıb”.

Şirkətin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi haqda məlumat verən İ.Qarayev 2015-ci ildə bu məbləğin əvvəlki illə müqayisədə təxminən 5 dəfə və ya 13,483 mln. manat artaraq 16,350 mln. manata çatdığını vurğulayıb.“Ötən il ərzində verilən sığorta ödənişləri daha çox “həyatın yaşam (yığım) sığortası”, “kredit götürən şəxslərin həyat sığortası” və “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” növləri üzrə həyata keçirilib” - deyə İ.Qarayev qeyd edib.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Aktivlərinin həcminə, kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment