|
|
|
Sığorta | | | "AZSIĞORTA"nın Direktorlar Şurasına yeni sədr təyin olunub |
27.01.2016 | |
| |
Baki, Finance Time. 15 yanvar 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən, "AZSIĞORTA" ASC-nin Direktorlar Şurasının yeni sədri təyin edilib. Bu vəzifəyə əvvəllər İdarə heyəti sədrinin birinci müavini vəzifəsini tutan Aleksandr Kananadze təyin olunub. Direktorlar Şurasına həmçinin Ziya Talıbov və Murad Əhmədov daxil olublar.
Aleksandr Kananadze Bauman adına Moskva dövlət texniki universitetini bitirib və maliyyə sahəsində MBA dərəcəsini alıb. Sığorta sahəsində 15 illik təcrübəyə malikdir. "Allianz" və "Zurich" kimi dünyanın nəhəng sığorta şirkətlərində rəhbər vəzifələr tutub. Aleksandr Kananadze "AZSIĞORTA" komandasına 2015-ci ilin noyabr ayından etibarən qoşulub. Yeni vəzifəsinin icrasına isə cari ilin yanvarın 16-dan etibarən başlayıb.
|
|
|
|