1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask "Azeri Business Award" Milli Mükafati ilə təltif edilmişdir
08.02.2016

Baki, Finance Time. Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq  AXA MBASK Sığorta Şirkəti, "Azərbaycanın regionlarında sığorta təhsilinin təşkilinə və inkişafına verdiyi tövhəyə görə" nominasiyasında Azeri Business Award-2015 milli mükafatına layiq görülüb.

“Azeri Business Award” Milli mükafatı Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub.

Azerı Busıness Award  biznes sahəsində milli mükafatı ən yaxşı  şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır  və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə, Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir.  Mükafat yerli  biznesin  inkişafındakı ən mühüm tendensiyaları  əks etdirir.

Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil  namizədlərin biznesinin inkişaf  templəridir.

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədrinin Birinci müavini Lana Gözəlova bu etimada görə təşəkkürünü bildirdi.

O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır.

Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılmışdır.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı doqquzuncu mükafatdır. Belə ki, adı çəkilən mükafatdan əlavə, AXA MBASK“Azərbaycanda sığorta mədəniyyətinin artırılmasına verdiyi töhfəyə görə”  UĞUR -2015  milli mükafatı,  “Sığorta sahəsinin lideri" nominasiyasında Azeri Business Award-2014 milli mükafatı, Caspian Energy Integration Award-2014 “Keyfiyyətli xidmətə görə ilin şirkəti” və Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq  mükafatları almışdır. 

Həmçinin, şirkət, “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013),  “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və  “İlin Sığorta Şirkəti” (2012) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment