Baki, Finance Time. Azərbaycanın həyat sığortası bazarının lideri olan“PAŞA Həyat Sığorta” şirkəti fəaliyyətə başlamasının 5 illiyini qeyd edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, şirkət 5 il əvvəl - 14 fevral 2011-ci il tarixində Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdən “PAŞA Həyat” Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin sığortası bazarının inkişafına öz mühüm töhfəsini verərək Azərbaycanın ən aparıcı həyat sığortası şirkəti statusuna nail olub.
Fəaliyyətinin 5 ili ərzində düzgün və uğurlu strategiyanın tətbiq edilməsi nəticəsində “PAŞA Həyat” Azərbaycan sığorta bazarının güclü maliyyə dayanıqlığı olan, həmçinin göstərdiyi yüskək sığorta xidmətlərinə görəmüştəri məmnuniyyəti qazanan, yüksək inkişaf meyllərini daim davam etdirən, eləcə də ictimaiyyət arasında ən etibarlı şirkət statusu qazanaraq korporativ dəyərlərə malik bir maliyyə qurumu imicini qazanıb.
Əsas maliyyə göstəricilərinə gəldikdə isə, qeyd etmək lazımdır ki 5 illik fəaliyyəti dövründə şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq40,250 mln. manata, aktivlərinin həcmini isə 150 mln. manata çatdırıb. Xüsusilə qeyd olunmalıdır ki, aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbaycanın ümumi sığorta bazarının ən iri sığorta şirkəti hesab olunur. Bununla yanaşı, şirkət ötən ildə həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə (54,527 mln. manat) ölkədə fəaliyyət göstərən sığorta sirkətləri sırasında ikinci yerdə qərarlaşıb.
Məhz bu inkişafın nəticəsi olaraq, “PAŞA Həyat” kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının mütləq lider şirkətidir.
Fəaliyyəti tarixində “PAŞA Həyat” yalnız maliyyə sahəsindəki uğurları ilə deyil, həmçinin müasir tələblərindən irəli gələrək, cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan tarixi-mədəni irsin qorunması, idmanın inkişafı və s. bir çox maraqlı sosial layihələri ilə də gündəmdədir.
Hazırda “PAŞA Həyat” inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.