|
|
|
Sığorta | | | Azərbaycanın sığorta bazarı 21%-dən çox artıb |
22.02.2016 | |
| |
Bu ilin yanvar ayında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə 76,3 mln. manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.
Ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 13,4 mln. manat təşkil edib. Bu da ötən ilin yanvar ayına nisbətən 29,4% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,5 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 16,4 manat olub.
www.apa.az
|
|
|
|