Baki, Finance Time. “PAŞA Həyat Sığorta” şirkəti “Təmiz Şəhər” ASC iləbirgə kağızların təkraremalı istiqamətində əməkdaşlığa – “Yaşıl Ofis”layihəsinə başlayıb. Ekoloji layihə ilə şirkətin əməkdaşları həm kağız məhsulalarından istifadəni azaldacaq, həm də istifadə olunmuş makulaturanı “Təmiz Şəhər” vasitəsilə təkraremala qaytaracaq.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, əsas məqsəd əməkdaşları kağız vərəqlərindən faydalı istifadəyə təşviq etmək və yenidən istifadəyə yaralı hala salmaqla ümumilikdə ekoloji mühiti qorumaqdır. İstifadə olunmuş lazımsız vərəqlər isə ofisdə qoyulmuş xüsusi qutulara yığılaraq tərtib olunmuş müvafiq qrafik üzrə “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək.
“Təmiz Şəhər” ASC-yə təhvil verilmiş kağız tullantılar zavodda çeşidlənir, yenidən istifadəyə hazırlanması üçünüçün təkrar emal müəssisələrinə göndərilir.
Qeyd edək ki, dünyada “Yaşıl Ofis” - müxtəlif növ idarələr üçün daxili ekoloji siyasəti inkişaf etdirmək məqsədi ilə yaradılmış xüsusi proqramlardır. Ofislərin ətraf mühitə göstərdiyi təsiri minimallaşdırmağa hədəflənən bu proqramlar ofis resurslardan səmərəli istifadəyə, işçilərin ekoloji istehlak haqqında maarifləndirilməsinə, ekoloji cəhətdən zərərsiz məhsul və xidmətlərin təklif olunmasına əsaslanır.
Xatırladaq ki, 2011-ci ildən fəaliyyətə başlayan “PAŞA Həyat” yalnız maliyyə sahəsindəki uğurları deyil, sosial sahədə dəhəyata keçirdiyi layihəsləri ilə yadda qalıb.Şirkət korparativ sosial məsuliyyətini dərindən dərk edərək Azərbaycanı dünyaya tanıtmaq, onun zəngin tarixi mədəni irsini və müasir inkişafını dünyaya çatdırması istiqamətində bir çox layihələr həyata keçirib. Bu istiqamətdə həyata keçirilən uğulu sosial layihələrin nəticəsi olaraq, 2014-cü ildə “PAŞA Həyat” “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilib.
Bununla yanaşı,“PAŞA Həyat” gənclərin uğurlu gələcəyini, onların sağlam ruhda böyüməsi üçün “Futbol və Sağlam Həyat", "Yay Futbol Düşərgəsi" layihəsi,habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün “Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihələri, eləcə dəölkə ictimaiyyətinin geniş marağına səbəb olan, 300-dən çox HR menecerin qatıldığı “HR Forum 2015”adlı sosial yönümlü tədbiri qeyd etmək olar.
Bu kimi sosial layihələr sayəsində “PAŞA Həyat” ictimai əhəmiyyətli qurum imicini qazana bilib.