Baki, Finance Time. PAŞA Sığorta nümunəvi sürücünü izləyicilərin gözü ilə görmək üçün “Nümunəvi sürücü” müsabiqəsini elan edir.
Müsabiqənin şərtlərinə əsasən iştirakçılar əsl nümunəvi sürücünü necə təsəvvür etdiklərini şəkil vasitəsilə 7 aprel 2016-cı il tarixi saat 23:00-dək öz instagram səhifələrində və həmçinin @pasha_insurance instagram səhifəsinə“direct” mesaj göndərərək paylaşmalıdırlar. Ən maraqlı və ən kreativ ideyanı təqdim edən 3 iştirakçı PAŞA Sığorta şirkəti tərəfindən hədiyyələr, 50 AZN dəyərində benzin kuponu və KASKO sığorta növünə 10% endirim əldə edəcəkdir. Qalibləri PAŞA Sığorta şirkətinin ekspertlərindən ibarət münsiflər heyəti təyin edəcəkdir.
Müsabiqənin şərtləri barədə ətraflı məlumat əldə etmək üçün PAŞA Sığorta şirkətinin@pasha_insurance instagram səhifəsini izləmək lazımdır.
Ətraflı məlumat üçün: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://pasha-insurance.az/az
Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir.«PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrarsığorta bazarında lider mövqeyini gücləndirir.