Baki, Finance Time. 12-14 aprel 2016-ci il tarixində London şəhərində 60-dan çox ölkənin və 1000-dən çox təşkilatın iştirakı ilə növbəti beynəlxalq kitab sərgisi keçiriləcəkdir.
Sərgidə ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcəkdir.
Dünyanın mühüm paytaxtlarından biri olan London şəhərində keçirilən kitab sərgisində iştirak etməkdə əsas məqsəd zəngin milli mədəniyyətimizin, ölkəmizin turizm imkanlarının, Qarabağla bağlı həqiqətlərin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, təcrübə müabdiləsi və əməkdaşlığın yaradılmasıdır.
Qeyd etmək istərdik ki, ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən mütəmadi olaraq London Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə təmsil olunur.