1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bakıda Əmanət Sığortaçıları Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin illik konfransı keçirilir
27.08.2012

Bu gün Bakıda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilatçılığı ilə Əmanət Sığortaçıları Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin V illik konfransı və seminarı işə başlayıb.

«
APA-ECONOMICS»in məlumatına görə, seminarın əsas mövzusu Avrasiya Regional Komitəsinə üzv olan ölkələrdə (Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycan) əmanətlərin sığortalanması sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi olub.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd əmanətlərin sığortalanması sahəsində milli qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün digər ölkələrin təcrübəsinin öyrənilməsidir. Bu məqsədlə müxtəlif ölkələrin nümayəndələri öz qanunvericilikləri haqqında təqdimatlarla çıxış edəcək və hansı istiqamətlərdə dəyişiklər olunacağı haqqında qərar qəbul ediləcək.

ABŞ-ın Federal Depozit Sığorta Korporasiyasının (FDSK) xarici əlaqələr ofisinin nümayəndəsi Vijay Deşfande öz təqdimatında bildirib ki, FDSK tərəfindən əmanətlərin sığortalanması üzrə qanunvericilik sahəsində Albaniya, Nigeriya, Malayziya və Kolumbiyada seminarlar keçirilib. Seminarlarda əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə çatışmazlıqlar, mövcud problemlər müzakirə edilib.

V.Deşfande qeyd edib ki, 2010-cu ildə dünya maliyyə böhranı ilə bağlı bir sıra hadisələr baş verib: «Maliyyə böhranı zamanı bir neçə banklarda əmanətlər qaytarılmayıb və əmanətçilər bununla bağlı ciddi problemlərlə üzləşib. Buna görə də əmanətlərin sığortalanması çox vacib şərtdir. Bununla bağlı müxtəlif yollarla əhalinin maarifləndirilməsi zəruridir».

Qeyd edək ki, tədbir avqustun 28-dək davam edəcək. 

www.apa.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment