Baki, Finance Time. AXA MBASK Sığorta Şirkətinin 2015-ci ilin yekunlarına görə ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, İdarə heyətinin üzvləri və şirkətin əməkdaşları ilə birlikdəDubayasəyahətetdilər.
Bu səfər əsnasında Hilton Garden İnn otelində sığorta bazarının imkanları və cari problemlərinə həsr olunan işgüzar görüşlər də keçirildi.
Şirkətin rəhbərliyi, agentliklər şəbəkəsinin genişləndirilməsini, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiyaları, müştəriyə təqdim edilən xidmətin keyfiyyətini artırılması, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsinə dair sığorta agentlərinin təklifləri və layihələrini agentlərlə müzakirə etdi.
Məlumat üçün bildirmək lazımdır ki, bu il iclasda iştirak edən “Qazananlar Klubun” üzvləri, AXA MBASK ilə minimum 4 il əməkdaşlıq edən agentlər olub. Və bu agentlərin 2015-ci ildə yığdıqları sığorta haqqların həcmi, bazardaki sığorta şirkətlərin renkinqində 10 -15-ci yerə daxil olacaq səviyyəsindədir. Hal-hazırda AXA MBASK satışlarının 75% agentlər tərəfindən edilir.
AXA Qrupun Qlobal strategiyasına uyğun olaraq, şirkətin illik gəlirin müəyyən hissəsi agentlərın inkişafına və motivasiyasına sərf olunur.
Bunun əsasında, şirkətdə, sığorta agentləri ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində ən effektiv motivasiya amillərini özündə birləşdirən, unikal bir motivasiya sistemi işlənib hazırlanmışdır. “AXA MBASK Qazananlar Klubunun” iclasları məhz həmin proqramın tərkib hissəsidir.
“Qazananlar Klubunun” iclasları hər il müxtəlif ölkələrdə keçirilir. Bu günə kimi Klub, Dubaydan başqa, Şimali Kipr və Gürcüstanda yığılmışdır. Növbəti yığıncaqları da xarici ölkələrdə keçirilməsi nəzərdə tutulub.
Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.