Baki, Finance Time. AZSIĞORTA şirkəti həm özünün, həm də müştərilərinin mənafelərəlini qorumaq məqsədilə 13-14may 2016-cı il tarixində, Xaçmaz şəhərində AZSIĞORTA-nın Sığorta Hadisələri Departamentinin və filialların qəza komissarları üçün qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəsli üzrə treninq keçmiş və yol-hərəkəti qaydalarının tətbiqi mövzusunda nəzəri bilikləri yoxlanılmışdır.
Təlimdə komissarlara baş vermiş yol-nəqliyyat hadisələrində sığortalı sürücülərə hüquqi yardımın göstərilməsi və eyni zamanda qeyri-qanuni hallarla mübarizənin aparılması öyrədilmişdir.
Qeyd edək ki, şirkət, bu toplantıları mütamadi keçirmək niyyətindədir.Birinci belə toplantı isə keçən ilin noyabr ayında baş tutmuşdur – Yevlax şəhərində, qəza komissarlarına “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilatı əsasları” mövzusunda təlim keçirilmişdir.