Baki, Finance Time. "PAŞA Həyat Sığorta" şirkətinin dəstəyi və "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə "Sumqayıt" Futbol Klubunun həyata keçirdiyi "Futbol və Sağlam Həyat" layihəsi başa çatıb.
Layihənin son mərhələsi H. Zeynalabdin Tağıyev adına qəsəbədə yerləşən 6 saylı orta məktəbində baş tutub. Tədbirdə həmin məktəblə yanaşı daha 6 məktəbin 60-dan çox şagirdi iştirak edib.
Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsindəSumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan 10-12 yaş arası əlaçı şagidlər iştirak edib.
Seminar tipli layihə 48 orta məktəbi əhatə edib və ümumilikdə layihədə 500-dən artıq şagird iştirak edib. Məktəblərdə keçirilən görüşlərdə əlaçı şagirdlərə layihəyə dəstək göstərən şirkətlərin hədiyyələri də təqdim edilib.
Layihənin əsas məqsədi, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, həmçinin məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlam həyata yönləndirməkdir.