1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Alfa Sığorta” ASC-nin Marketinq şöbəsinin rəisi Yusif Ağayevlə müsahibə
17.05.2016

-Cənab Ağayev, son vaxtlar Azərbaycanın sığorta bazarında “AlfaSığorta” ASC-nin fəaliyyətinin fəallaşması hiss olunur, deyə bilərsinizmi, bu nə ilə bağlıdır?

- Siz tamamilə haqlısınız. Bu ilin ilk ayları ərzində biz nəzərə çarpan sıçrayış etdik, bunu bizim maliyyə göstəricilərimiz də, şirkətin fəaliyyət sahəsinin genişlənməsi də, onun təşkilati strukturundakı dəyişikliklər də təsdiq edir.Heç kimə sirr deyil ki, 2015-ci il bizim üçün asan olmadı, lakin biz özümüzdə güc tapıb müvəqqəti çətinlikləri aradan qaldıra bildik.Hal-hazırda maliyyə sektorunda çox da sadə olmayan vəziyyət sığorta bazarı iştirakçılarından yeni, kreativ qərarlar qəbul etməyi, müasir gerçəkliklərə cavab verən sığorta məhsulları işləyib hazırlamağı, müştərilərə xidmətdə innovasiyalı yanaşmalar tətbiq etməyi tələb edir. Yuxarıda göstərilən amilləri nəzərə alan “AlfaSığorta” ASC-də ciddi yenidənqurma işləri aparılmış, bir neçə yeni bölmə yaradılmışdır, həmçinin, regional şəbəkə fəal surətdə genişlənir. Son bir neçə ay ərzində bizdə regional nümayəndəliklərin və satış ofislərinin sayı xeyli artmışdır. Satış prosesinin optimallaşdırılması və müştərilərə xidmətin səviyyəsinin yüksəldilməsi üzrə ciddi addımlar atılır. Həyata keçirilən tədbirlər şirkətimizi birbaşa istehlakçıya yaxınlaşdırmağa, onu daha cəlbedici və müştəri-yönümlü etməyə hədəflənmişdir. Sürətlə dəyişən müasir dünyada sığortaçılar çalışmalıdırlar ki, onlarla müştərilərin ünsiyyəti prosesi sonuncular üçün yalnız sığorta müqavilələrinin bağlanması mərhələsində deyil, həm də sığorta ödəmələri aldıqları zamanson dərəcə rahat olsun, bunlarla yanaşı, onlar maksimum  dərəcədə həm müştərinin vaxtına, həm də puluna qənaət etməyi öyrənməlidirlər.

- Mətbuatda belə bir məlumat getmişdir ki, siz sığorta treninqləri həyata keçirirsiz. Bu barədə bir neçə kəlmə.

- Bəli, bu belədir.Bu gün əhalinin iki devalvasiya dalğası ilə üz-üzə qaldığı şəraitdə çoxları əlavə əmək haqqına ehtiyac duymağa başlamışdır. Bunu nəzərə alaraq, “AlfaSığorta” ASCpulsuz olaraq sığorta işi üzrə treninqlər təşkil etmək qərarına gəldi. Şirkətimizin bu prosesə cəlb olunan aparıcı mütəxəssisləri namizədlərə (seçilmişlər arasından) sığorta işinin əsaslarını tədris edəcək və ölkənin sığorta bazarında işin praktiki vərdişlərini öyrədəcəklər. Həm də nəzərə almaq lazımdır ki, biz arzu edənlər üçün heç bir məhdudiyyət qoymuruq, yaşından, cinsi mənsubiyyətindən, peşə bacarıqlarından və s. asılı olmayaraq hər kəs bu treninqlərdə iştirak edə bilər. Nəticələr üzrə daha çox fərqlənənlərə sonradan işə düzəlmək imkanı veriləcəkdir. Bu tədris tədbirləri həyata keçirməklə, biz həm sosial xarakterli, yəni əhalinin ehtiyacı olan təbəqəsinə əlavə əmək haqqı əldə etmək imkanı verilməsi, həm də maarifləndirmə məqsədləri güdürük, belə ki, ölkəmizdə sığorta savadının qənaətbəxş olmadığı heç kimə sirr deyil. Bu tədbir bizim korporativ sosial məsuliyyət proqramının həyata keçirilməsi planlarına uyğundur.

- Zəhmət olmasa deyin, Siz yeni sığorta məhsulları tətbiq etməyi planlaşdırırsınızmı?

- Sözsüz, mən Sizə daha bir söz deyim, onlardan bəziləri işin final mərhələsindədir və artıq yaxın vaxtlarda geniş müştəri auditoriyasına təqdim olunacaq. Qabaqcadan bütün sirləri açmaq istəmirəm, amma bir şeyi deyə bilərəm – onlar müasir gerçəkliklər nəzərə alınmaqla işlənib hazırlanmış və sığorta bazarının bugünkü tələbatlarına uyuğunlaşmışdır. “AlfaSığorta” ASC sığorta şirkəti həmişə zamanla ayaqlaşacaq və öz müştərilərini ən zəruri və innovasiyalı sığorta məhsulları ilə təmin edəcəkdir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment