Baki, Finance Time. Təhsil Nazirliyinin və COMMUNITY.AZ dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Şəki, Quba, Lənkəran və Gəncə şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyekunlaşıb.
Layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular üzrə təlimlər keçirilmişdir.
Təlimlərdə 2 000 nəfərdən çox iştirak ediblər. İştirakçılar arasında Şəki şəhəri 5, 8, 10, 11 və 14 saylı orta məktəb, Quba şəhəri 1, 2, 3, 5, 6, 8, 14 saylı orta məktəbvə Texniki Təmayüllü lisey, Lənkəran şəhəri 1, 4, 7 və 10 saylı orta məktəb və Gəncə şəhəri 1, 2, 4, 5, 6, 9, 10, 11, 12, 13, 14, 16, 22, 23, 25, 28, 31, 36 və 38 saylı orta məktəblərin valideyn, şagird və müəllimləri daxildir.
Təlimlər COMMUNITY.AZ – məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqlar tərəfindən keçirilmişdir.
Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir.
AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.