1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bakıda ənənəvi Beynəlxalq Sığorta Forumu keçirilir
23.06.2016

Bu gün Bakıda Qafqaz regionunun ən böyük sığorta tədbiri - VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) keçirilir.

"
APA-Economics"in məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə dünyanın 20 ölkəsindən 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edir.

İki gün davam edəcək forumda Azərbaycanın və regionun sığorta bazarı üçün aktual mövzular - "Nəzarət mexanizmləri: Meqa Requlyator və ya Klassik Requlyator", "Azərbaycan sığorta bazarının yeni reallıqları – nəzarət orqanının baxışları və proqnozları", "Regionda makroiqtisadi tendensiyalar və onların sığorta bazarına təsiri", "Hazırkı mühitdə sığorta bazarının inkişafı üzrə prioritet istiqamətlər və yeni nəzarət üsulları", "Hazırkı reallıqda Azərbaycan və regionun sığorta bazarının inkişafı üçün yeni həllər", "Sığorta tənzimlənməsində və nəzarətində yeni yanaşmalar" kimi mövzulara toxunulacaq.

Tədbirdə təkrarsığorta mövzusu da diqqət mərkəzində olacaq. Başqa sözlə, "Təkrarsığortaya yeni baxış", "Regionda böhran şəraitində təkrarsığorta həlləri", "Təkrarsığorta bazarının qlobal tendensiyaları", "Təkrarsığorta bazarı sığorta bazarının inkişafı və diversifikasiyasına necə kömək edə bilər", "Hazırki reallıqda təkrarsığortanın sığorta şirkətlərinin maliyyə stabilliyində rolu" və digər mövzular üzrə müzakirələr aparılacaq.

Sığorta forumunda kənd təsərrüfatı sığortası, bu sahədə beynəlxalq təcrübə və modellər, risklərin adekvat qiymətləndirilməsi və risklərin əhatə olunması üçün əsas həllər, regionlar üzrə kənd təsərrüfat sığortası modelləri, bu sahənin dövlət tərəfindən tənzimlənməsi kimi məsələlər  də diqqət mərkəzində olacaq.

Bundan  başqa, forumda avtomobil sığortası, bu sahədə zərərlərin qiymətləndirilməsi üzrə tariflər və sistemlər, proseslərin elektronlaşdırılması, yeni satış kanalları ilə bağlı təqdimat və çıxışlar olacaq.

AİİF-2016-da yeni sığorta məhsullarının yaradılması, həyat sığortası, bank sığortası, bu sahədə banklarla əməkdaşlıq, paket sığorta məhsullarının inkişafı və bununla əlaqədar mövzular üzrə müzakirələr, təqdimatlar və çıxışlar nəzərdə tutulur.

www.apa.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment