Baki, Finance Time. “Atəşgah Həyat” Sığorta Şirkəti ipoteka kreditləri borcalanlarının həyat sığortası üzrə iri ödənişlər edib. Belə ki, 06.04.2016 il tarixində Füzuli rayonu cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində xəsarət almış hərbçinin ikinci dərəcəli əlillik alması səbəbindən onun ipoteka krediti üzrə 21 270 AZN qalıq məbləği şirkət tərəfindən banka ödənilmişdir.
Digər iri ödəniş - 48 273 AZN məbləği 04.04.2016-cı il tarixlərində cəbhə bölgəsində gedən döyüşlər zamanı həlak olmuş hərbçi üçün həyata keçirilmişdir.
Daha iki ödəniş 17 580 AZN onkoloji xəstəlik nəticəsində ikinci dərəcəli əlillik almış və 14 268 AZN onkoloji xəstəlik səbəbindən dünyasını dəyişmiş sığortaolunana görə həyata keçirilmişdir.
“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.