|
|
|
Sığorta | | | Əmanətlərin Sığortalanması Fondu "Bank of Azerbaijan"ın kreditorlarına müraciət edib |
20.07.2016 | |
| |
"Bank of Azerbaijan" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bankın kreditorlarına müraciət edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 77.6-cı maddəsinə uyğun olaraq, qəbul edilmiş və etiraz edilmiş kreditor tələblərinin siyahısı məhkəməyə təqdim olunub. Qanunun 77.7-ci maddəsinə uyğun olaraq, etiraz edilmiş tələblərlə bağlı dinləmələr avqustun 1-də 1 Saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin inzibati binasında keçiriləcək.
www.azertag.com
|
|
|
|