1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti daha bir sosial layihəni uğurla başa çatdırdı
27.07.2016

Baki, Finance Time. PAŞA Sığorta şirkəti 10 illik yubileyi ilə əlaqədar öz korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq təşkil etdiyi “10 yaşı olana pulsuz tibbi müayinə” adlı sosial kampaniyanı yekunlaşdırıb. Kampaniya 2006-cı ilin iyun ayında doğulan uşaqları əhatə etmişdir. Bu da təsadüfi deyil, çünki PAŞA Sığorta fəaliyyətini 2006-cı il iyun ayında başlamışdır.

Qeyd edək ki, Kampaniya iyun ayının 1-dən 30-na kimi davam etmişdir.  Kampaniya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi dəstəyi ilə həyata keçirilmişdir.  Kampaniyada iştirak edən şəxslər şirkətin rəsmi saytında (www.pasha-insurance.az ) yerləşən “10 yaşı olana pulsuz tibbi müayinə” adlı müraciət formasına daxil olub uşaqlar haqqında tələb olunan məlumatları daxil edərək kampaniyada iştiraklarını təsdiqləmişlər. İştirakçıların müraciətləri əsasında şirkət əməkdaşları onlarla əlaqə saxlayıb, layihə barədə ətraflı məlumat təqdim edərək ərizəçiləri müvafiq klinikaya yönləndirmişlər. Kampaniya tam ödənişsiz şəkildə həyata keçirilmişdir.

“Uşaqlarınızın sevinci, bizim sevincimizdir” şüarı altında aparılan kampaniyada müayinədən keçən hər bir uşağa xüsusi özəl hədiyyələr də təqdim olunmuşdur.PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət təşəbbüsünə sadiq qalaraq bu cür kampaniyaları gələcəkdə də davam etdirəcəkdir.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir.  Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment