1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti “Sağlamlıq Üçün Addımla!” adlı yeni sosial xarakterli müsabiqəyə start verir
08.08.2016

Baki, Finance Time. PAŞA Sığorta şirkəti sosial fəaliyyətinin davamı olaraq “Sağlamlıq Üçün Addımla!” adlı yeni sosial xarakterli müsabiqəyə start verir. Müsabiqənin keçirilməsində əsas məqsəd insanların fəal və sağlam həyat tərzinə cəlb olunmasıdır. Müsabiqə avqust ayının 8-dən başlayaraq sentyabr ayının 4-nə kimi davam edəcək və PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsində keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ilk öncə addımları ölçən (“AppleHealth”, “Fun Fit” və bu kimi) müvafiq mobil tətbiqi (mobil əlavəni) telefonlarına yükləməlidirlər. Daha sonra, müsabiqə iştirakçıları mobil tətbiqə (mobil əlavəyə) daxil olub, qeydə alınmış gündəlik xülasənin ekran görüntüsünü yadda saxlayaraq (screenshot) şirkətin rəsmi Facebook səhifəsində yerləşdirilmiş “Sağlamlıq Üçün Addımla!” başlıqlı paylaşımın şərhlər bölümündə öz nəticələrini paylaşmalıdırlar. Müsabiqə müddətində hər bir iştirakçı nəticəsini istənilən qədər paylaşa bilər. 4 həftə davam edəcək müsabiqədə hər həftə ən yüksək nəticə göstərmiş 3 şəxs müsabiqənin qalibi elan olunacaq və PAŞA Sığorta şirkəti tətəfindən “Amburan” istirahət mərkəzinə 2 nəfərlik HƏDİYYƏ kuponu əldə edəcəkdir.

PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsi: https://www.facebook.com/pasha.insurance/

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir.  Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment