|
|
|
Neft və qaz | | | “Azərneftyağ” yatağının 8 aylıq göstəriciləri qənaətbəxşdir |
04.09.2012 | |
| |
ARDNŞ-nin mühüm struktur vahidlərindən olan “Azərneftyağ” neft emalı zavodunda benzin, kerosin, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator yağları və bitum istehsal olunur.
AzərTAc xəbər verir ki, cari ilin ilin 8 ayı ərzində zavodda 636 min 831 ton neftin emalı nəzərdə tutulduğu halda, faktiki olaraq avqust ayının 20-nə qədər 640 min 851 ton neft emal edilmişdir. Həmin dövr ərzində ümumilikdə 341 min 316 ton açıq rəngli neft məhsulları istehsal olunmuşdur ki, bunun da 68 min 735 tonunu benzin, 81 min 211 tonunu kerosin, 191 min 370 tonunu isə dizel yanacağı təşkil etmişdir. Alınan açıq rəngli neft məhsullarının çıxım faizi (53,26 faiz) proqnozda nəzərdə tutulduğundan çox olmuşdur. Vakuum şəraitində aparılan emalda isə 184 min 882 ton həcmində yağ distilatları alınmışdır.
Zavodda 4 nömrəli sexin 401 saylı bitum istehsalı qurğusunda cari ilin 8 ayı üzrə qarşıya qoyulmuş tapşırıq 108,7 faiz yerinə yetirilmiş, nəzərdə tutulan 175 min 940 ton bituma qarşı, faktiki olaraq 191 min 260 ton bitum istehsal edilmişdir. Eyni zamanda, 2 ədəd 3000 tonluq yeni bitum çəni quraşdırılaraq istifadəyə verilmişdir. 5 nömrəli sexin 501 saylı sürtkü yağlarının hidrogenlə təmizlənməsi qurğusunda 825 ton M-12Bb mühərrik yağı, 8 min 961 ton C-11silindir yağı, 5 min 923 ton AK-15 avtotraktor yağı, 13 min 132 ton ௨A markalı sənaye yağı və 63 min 347 ton A-markalı yağlar, eləcə də 284 min 742 ton vakuum qazoyl istehsal olunmuşdur. Ümumilikdə, zavod üzrə 46246,023 ton sürtkü yağları istehsal olunmuşdur.
Bundan başqa, zavodda 3 nömrəli sexin 305 saylı neftin ilkin emalı və 4 nömrəli sexin 401 saylı bitum istehsalı qurğuları əsaslı təmir edilərək istismara verilmişdir ki, bu da müəssisənin işinin daha ahəngdar aparılmasına təminat yaradacaqdır.
www.azertag.com
|
|
|
|