|
|
|
Sığorta | | | “AtaSığorta” ASC-nin avqust ayına sığorta ödənişləri |
06.09.2016 | |
| |
Baki, FinanceTime. 2016-cı ilin avqust ayında “AtaSığorta” ASC 766 hadisə üzrə 290 min 886 manat sığorta ödənişləri həyata keçirib. Bu, hər gün orta hesabla 25 sığorta ödənişin həyata keçirildiyi deməkdir. Bu məbləg əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir. Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və ofislər daxildir.
|
|
|
|