|
|
|
Sığorta | | | Bir ayda bağlanmış icbari sığorta müqavilələri üzrə 6 milyon manatdan çox sığorta haqqı toplanmışdır |
05.09.2012 | |
| |
Cari ilin avqust ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 72 min 728 sığorta müqaviləsi bağlanmışdır. Bunların 20 min 984-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üçün 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələridir.
İSB-dən AzərTAc-a bildirilmişdir ki avqust ayında bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6 milyon manatdan çox olmuşdur.
www.azertag.com
|
|
|
|