|
|
|
Sığorta | | | PAŞA Sığorta şirkəti Mərkəzi Bankın keçirdiyi tenderdə qalib seçildi |
27.09.2016 | |
| |
Baki, FinanceTime. PAŞA Sığorta şirkəti Azərbaycan Respublikasının Mərkəzi Bankının daşınar və daşınmaz əmlakın sığortası üzrə elan etdiyi tenderdə qalib oldu. PAŞA Sığorta şirkətinin təqdim etdiyi təkliflər Mərkəzi Bankın tələblərinə cavab verən ən uyğun təkliflər hesab edilib.
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
|
|
|
|