Baki, FinanceTime. Azərbaycan sığorta bazarının ən iri şirkəti olan“PAŞA Həyat”“istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növüüzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin birində çalışan sığortalıişçi iş zamanıbədbəxt hadisə nəticəsində vəfat edb.
Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş şəxsin ailəsinə-faydalanan şəxsin müvafiq bank hesabına 105 101manat həcmində sığorta ödənişi həyata keçirilib.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək “PAŞA Həyat” tərəfindən “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növüüzrə 1 890 955 manat həcmində sığorta ödənişi verilib. İcbari növ üzrə həyata keçirilən ödənişlər ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 86,5% çox olub.
“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.