“QALA SIĞORTA” ASC-NİN səhmlərinin buraxılışi dövlət qeydiyyatına alınmışdır
06.10.2016
Baki,FinanceTime. 27 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qala Sığorta” ASC-nin hər birinin nominal dəyəri 23 manat olan 350000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1003009219 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlər Cəmiyyətin AZ1002009210 qeydiyyat nömrəsi və hər birinin nominal dəyəri 19.39 manat olan 350000 ədəd adi sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.