“Qarant Sığorta” ilin sonunda 10 milyon manatdan çox sığorta haqqının yığılmasını proqnozlaşdırır
15.05.2012
“Qarant Sığorta” cari ilin birinci rübündə 1 milyon 761 min 192 manat sığorta haqqı toplamışdır. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur.
AzərTAc xəbər verir ki, bu haqda mayın 14-də sığorta şirkətinin cari ilin ilk rübünün hesabatına həsr olunmuş mətbuat konfransında məlumat verilmişdir. Hesabat dövründə 357 min 963 manat sığorta ödənişi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur.
İlin sonunda 10 milyon manatdan çox sığorta haqqının toplanması gözlənilir.