|
|
|
Sığorta | | | “AtaSığorta” ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı |
21.10.2016 | |
| |
Baki, FinanceTime. “AtaSığorta” ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır. Məlumata əsasən cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta yığımları 8,0 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,4 % artmışdır. AtaSığorta 2016-cı ilin 9 ayı ərzində 2,5 milyon manatdan artıq sığorta ödənişi həyata keçirmişdir. Şirkətin nizamnamə kapitalı 12.4 milyon manat olmaqla, aktivlərinin ümumi həcmi isə 35,0 milyon manat həcmindədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin aktivlərinin ümumi həcmi 25,1 % artmışdır. “AtaSığorta” ASC-nin 2016-cı ilin 9 ayı üzrə balans mənfəəti 1,8 milyon manat təşkil etmişdir.
"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta” ASC-nin 6 filial ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəlik ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 21 satış ofisi fəaliyyət göstərir. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku” oteli fəaliyyət göstərir.
|
|
|
|