Baki, FinanceTime. PAŞA Sığorta şirkəti uşaqların təhlükəsizliyini düşünərək avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə müraciət edəcək müştərilər üçün yeni “KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” adlı kampaniyaya start verir. Belə ki, 24oktyabr – 8 noyabr tarixləri aralığında yalnız Facebook üzərindən KASKO sığortası üzrə müraciət edəcək müştərilər uşaqlar üçün nəzərdə tutulan avtomobil oturacağını PULSUZ əldə edəcəklər.
Qeyd edək ki, KASKO Sığortası növünü əldə etmək üçün avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini və həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (PASHA Insurance) göndərməyiniz xahiş olunur.
“KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” kampaniyası uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilir.
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.