1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bu gün “PAŞA Həyat Sığorta” ASC-nin baş ofisində jurnalistlər üçün “Açıq Qapı” günü keçirilib
28.10.2016

Baki, FinanceTime. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, “Açıq Qapı” günü “PAŞA Həyat”da ilk dəfədir ki təşkil olunur. 

Əsas məqsəd, ictimaiyyəti, eləcədə media nümayəndələrini şirkətin fəaliyyəti,şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaq, həmçinin struktur bölmələrinin işi ilə tanışlığını təmin etmək və göstərdiyi həyat sığortası xidmətləriilə yaxından tanış etməkdir.   

Bildirilib ki, bu cür görüşlər, ictimaiyyətin, həmçinin həyat sığortası sshəsinə olan marağının artırılması ilə yanaşı, onların sığorta biliklərinin yüksəlməsinə, maarifləndirilməsinə köməklik göstərəcək.

Rüstəm Məmmədov - “PAŞA Həyat”ın İdarə Heyətinin üzvü    

İsrail Qarayev           - Strateji inkişaf üzrə direktor

Vüqar Əvəzov          - İT departamentinin direktoru

 

Şirkət haqqında ümumi məlumat

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış və 14.02.2011-ci il tarixli 5 illik Lisenziya əsasında həyat sığortası sahəsi üzrə fəaliyyətə başlamışdır. Hazırda Şirkət sığorta fəaliyyətinə müddətsiz Lisenziyaya malikdir.

“PAŞA Həyat” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və s. əlverişli və maraqlı könüllü  həyat sığortası məhsulları təklif edir. Şirkət satışları ofisdən birbaşa, on-line və banklar vasitəsi ilə həyata keçirir.

“PAŞA Həyat” aktivlərinin səviyyəsinə, investisiya portfelinin və sığorta ehtiyatlarının həcminə görə Azərbaycanın ümumi sığorta bazarının ən iri sığorta şirkətidir.

“PAŞA Həyat” kapitalının səviyyəsinə və biznes göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lideridir.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun ilk həyat sığortası iştirakçısıdır.

Sığorta risklərinin etibarlı təkrarsığortası sahəsində “PAŞA Həyat” yüksək reytinqli aparıcı beynəlxalq təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir.

Şirkət daxili və xarici biznes mühiti ilə sağlam və açıq münasibətlər qurmaqla daim apardığı biznesin şəffaflığını təmin edir.

Şirkət özünün sosial məsuliyyətini dərindən dərk edir, ictimai maraqları daim nəzərə alır və sosial əhəmiyyətli fəaliyyət aparır.

“PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) üzvüdür.

"PAŞA Həyat Sığorta" şirkəti Rumıniyanın nüfuzlu "Media-XPRIMM" qurumu tərəfindən əhəmiyyətli nominasiyalar üzrə ardıcıl olaraq 3 dəfə xüsusi beynəlxalq mükafatlara layiq görülüb.

“PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilmişdir.

Şirkətin missiyası peşəkar, çevik və etibarlı xidmət göstərməklə müştərilərin maliyyə sabitliyini və  əminliyini təmin etməkdir.Şirkət "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir.

Şirkətin Gəncə və Sumqayıt şəhərlərində yerləşən 2 regional filialı mövcuddur.

 

"PAŞA Həyat Sığorta" ASC-nin 2016-cı ilin 9 ayı üzrə əsas maliyyə göstəriciləri

№№

Göstəricinin adı

9 ay 2016, fakt (mln.AZN)

ilin əvvəlindən artım, %

illik artım, % (9 ay 2016/9 ay 2015)

9 ay 2015, fakt (mln.AZN)

1

Aktivlər

169,5

17%

36%

125,0

2

Nizamnamə kapitalı

40,25

-

-

40,25

3

İnvestisiya portfeli

129,0

17%

24%

103,9

4

Sığorta ehtiyatları

107,4

19%

55%

69,4

5

Sığorta haqları

61,8

 

45%

42,5

6

İnvestisiya gəlirləri

8,7

 

36%

6,4

7

Sığorta ödənişləri

25,6

 

241%

7,5

8

Bazar payı

53%

 

+ 5 % punktu

48%

9

Ödəniş əmsalı

41%

 

 + 23 % punktu

18%

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment