“AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini Orxan Məmmədovun müsahibəsi
- Əvvəlcə “AtaSığorta” şirkəti haqqında qısa məlumat verməyinizi xahiş edirəm.
- “AtaSığorta” ASC 2004-cü ildən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçisinin (səhmdarı) AtaHolding olduğu şirkətin aktivlərinin ümumi həcmi 35,0 mln., ödənilmiş nizamnamə kapitalı isə 12,4 mln. manat təşkil edir.Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün geniş spektrli sığorta xidmətləritəqdim edir. AtaSığorta müştərilərin təklif və ehtiyaclarını nəzərə alaraq xidmət keyfiyyətini mütəmadi olaraq təkmilləşdirir və müştəri məmnuniyyətini fəaliyyətinin əsas meyarı hesab edir. Şirkətimiz 28 sığorta növü - 24 könüllü və 4 icbari növ - üzrə sığorta xidmətləri göstərir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır.
- Hal-hazırda Azərbaycanın sığorta bazarında kifayət qədər sığorta şirkətləri fəaliyyət göstərir. “AtaSığorta” onlardan nə ilə seçilir?
- AtaSığorta olaraq hər zaman müştəri ehtiyaclarını düzgün müəyyən etmək və bu ehtiyaclar əsasında innovativ məhsullar hazırlayıb təqdim etmək fəaliyyətimizin əsasını təşkil edir. Son 3 il ərzində ondan artıq yeni sığorta məhsulu sığortalıların xidmətinə təqdim olunmuş və müştərilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Maraqlı məqamdır ki, bugün müştərilərimiz sırasında digər sığorta şirkətlərinin əməkdaşları da vardır. Fikrimizcə, informasiya əsrinin əsas tələblərindən biri də məhz dəyişən ehtiyaclara və çağırışlara vaxtında reaksiya verməklə müştərilərə fərqli xidmətlər təqdim etməkdir. Yalnız bu yolla rəqabət mühitində irəli addımlamaq mümkündür.
- Hansı meyarlara görə müştəriləriniz məhz sizin şirkəti seçir?
- Müştərilərə göstərdiyimiz xidmət üç əsas amilə əsaslanır – keyfiyyət, müddət və qiymət. Keyfiyyətli xidmət müştərinin şirkətə ilk müraciət anından başlayaraq onun düzgün məlumatlandırılması, ən uyğun sığorta növünün seçilməsi, hadisə vaxtı hansı addımların atılması barədə dəqiq təlimatın verilməsi və ən vacibi sığorta ödənişinin yüksək peşəkarlıqla həyata keçirilməsidir. Müddət amili yuxarıda təsvir olunan proseslərin mümkün ən qısa vaxtda həyata keçirilməsinə əsaslanır. Vaxtında və operativ müdaxilə müştəri məmnuniyyətini artırır və yeni müştərilərin şirkətə axınını təmin edir. Qiymət amilinin müştərilərlə münasibətdə nə qədər əhəmiyyətli olduğunu geniş izah etməyə ehtiyac yoxdur. Hər bir müştəri keyfiyyətli və operativ xidməti ən ucuz qiymətə əldə etməyə çalışır. Bu məqsədlə AtaSığorta olaraq anderraytinq siyasətimizin tərkib hissəsi kimi sığorta tariflərini dəqiq aktuar hesablamalar nəticəsində müəyyən etməklə istər yerli, istərsə də xarici təkrarsığortaçılarla ən uyğun tariflərin alınması üçün davamlı iş aparırıq. Bütün bunların nəticəsində AtaSığorta bugün onminlərlə müştərinin əminliklə seçdiyi sığorta şirkətinə çevrilmişdir və ilbəil müştərilərimizin sayı artmaqdadır.
- Bir az da məhsullarınız və müştəriləriniz haqqında.
- “AtaSığorta” ASC tərəfindən hazırlanan hər bir məhsul müştərilərin maksimal məmnunluğuna, həm korporativ, həm də fərdi müştərilərin maraqlarının bütün xüsusiyyətlərini nəzərə alan ən optimal sığorta məhsullarının onlara təklif edilməsinə yönəlmişdir. Qeyd olunanlara istinad edərək müştərilərə avtomobillərin sığortası ilə bağlı Avtodost məhsulu təqdim olunmuşdur. Bu məhsul özündə sığorta hadisəsi zamanı müştərinin alternativ avtomobil ilə təmin edilməsi, evakuator və yolda təmir, ildə 1 dəfə avtomobilin texniki müayinəsi və digər xidmətləri birləşdirir.
- İlk zərər məhsulu - Bu məhsulun əsas üstünlüyü qismən sığorta şərtinin tətbiq olunmamasıdır. Belə ki, müştəri istəyinə uyğun sığorta məbləğini seçə və bu sığorta məbləğinə qədər sığortalanmış itkilərdən qorunduğundan əmin ola bilər.
Bu sığorta məhsulu üzrə təminat yalnız birinci hadisə üzrə verilir. Qeyd olunan məhsul sığortalıya az miqdarda sığorta haqqı ödəməklə sığorta təminatı almaq imkanı verir. Biz sərfəli və asanlıqla əldə oluna bilən sığorta məhsullarını bazara çıxarmaqla müştərilərin bu sahəyə olan marağını artırmaq və sığorta sahəsində maariflənmələri üçünşərait yaratmaqistəyirik.
- “AtaSığorta” şirkətinin regionlarda fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Bizimlə işləmək rahatdır. Şirkətin 6 filialı, 4 nümayəndəliyi, 22 xidmət ofisi fəaliyyət göstərməkdədir. Filial, nümayəndəlik və xidmət ofisləri regionlarda yaşayan əhalinin məhsullarımızı daha asan və rahat şəkildə əldə etmələri və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi üçün fəaliyyət göstərir. Həmçinin, sığorta hadisəsi baş verdikdə qəza komissarlarının hadisə yerinə operativ baxış keçirməsinə kömək edir.
- Problemləriniz, çətinlikləriniz varmı? Milli valyutamızın devalvasiyası şirkətinizin fəaliyyətinə təsir edibmi?
Bildiyiniz kimi milli valyutanın devalvasiyasından sonra nəqliyyat vasitələrininehtiyat hissələrinin və dərman vasitələrinin qiymətləri bahalaşmışdır. Bu da öz növbəsində sığorta ödənişlərimizin kəskin artımına səbəb olmuşdur.Həmçinin, şirkət olaraq müştərilərin yaranmış maliyyə çətinliklərinə görə sığorta məhsullarına olan marağının azalmaması üçün tariflərin əvvəlki səviyyədə saxlanılması siyasətini izləyirik ki, bu da artan xərclərin fonunda gəlirlərin azalmasına səbəb olur.Qeyd etmək lazımdır ki, investisiya portfelinin səmərəli idarə olunması nəticəsində qeyd olunan azalmanın bir hissəsinin qarşısı alınmışdır. İnanırıq ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatlar qısa müddət ərzində öz müsbət nəticəsini verəcək və yaxın zamanda iqtisadi aktivlik əvvəlki müsbət dinamikasını bərpa edəcəkdir.
Yeganə Məmmədova