|
|
|
Sığorta | | | Azərbaycanda icbari sığorta növlərinin sayı artırılacaq |
14.09.2012 | |
| |
Azərbaycanda icbari sığorta növlərinin sayının artırılması gözlənilir.
“APA-ECONOMICS”in xəbərinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar olaraq icbari sığorta növləri sırasına tikinti fəaliyyəti subyektlərinin peşə məsuliyyətinin sığortası da daxil ediləcək.
Məcəllənin qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunun tətbiqi barədə Azərbaycan prezidentinin fərmanına uyğun olaraq Nazirlər Kabineti altı ay müddətində “İcbari sığorta haqqında” qanunda tikinti fəaliyyəti subyektlərinin peşə məsuliyyətinin icbari sığortası ilə bağlı dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
www.apa.az
|
|
|
|