Baki, FinanceTime. “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ daxilində kadr dəyişiklikləri baş verib.
Məlum olduğu kimi, bir müddət əvvəl “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin birinci müavini Vasif Eldar oğlu Əhmədovun tutduğu vəzifəsindən başqa işə keçməyi ilə əlaqədar istefasından sonra onun cavabdeh olduğu mühüm struktur bölmələri üzrə kurasiya və vəzifəsi Əkbər Eynulla oğlu Mədətliyə həvalə olunub. Qeyd edək ki, Ə.Mədətli 2012-ci ilin yanvarından “Atəşgah Həyat” SŞ İdarə heyətinin sədri vəzifəsində çalışmışdır. Bundan sonra Ə.Mədətli “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsini tutacaq.
Eyni zamanda 2015-ci ilin oktyabrında “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin müavini təyin edilmiş Azər Əmiraslan oğlu Əliyev isə “Atəşgah Həyat” SŞ İdarə Heyətinin Sədri vəzifəsini tutub.
_________________________________________________________________________
QEYD:“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2015-ci ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 83 mln. AZN, ödənişləri isə 34,1 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.